Neftçi portuqaliyalı futbolçuya elçi düşüb EKSKLÜZİV

14.01.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi" daha bir legionerə təklif göndərib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" portuqaliyalı vingeri "rənglərinə bağlamaq" istəyir.

Paytaxt təmsilçisi Portuqaliya II Liqasında mübarizə aparan "Felgueiras"ın formasını geyinən Leo Teixeiranı sıralarında görmək istəyir. 25 yaşlı oyunçu həm yarımmüdafiənin solunda, həm də hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, Leo karyerası ərzində ancaq Portuqaliyada çıxış edib. O cari mövsümdə komandasının heyətində ümumilikdə 16 oyuna çıxıb və 4 dəfə fərqlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью