“Neftçi” PSJ nin eks oyunçusu ilə anlaşdı Qazanacağı pul | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi” transfer bazarında irəliyə doğru ilk addımı atmağa hahzırlaşır.
Ölkə.Az sportinfo-ya istinadən xəbər verir ki, Sessi Almeyda bu məqsədlə Bakıya dəvət olunub.
29 yaşlı fransalı ilə 2+1 illik müqavilə imzalanması razılaşdırılıb.
Yarımmüdafiəçi Azərbaycanda keçirəcəyi hər mövsümə görə 250-300 min avro civarında pul qazanacaq.
Tam adı Sessi Oktave Emile d Almeida olan legioner Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını şəhərin eyni adlı komandasında atıb.
“Bordo”nun əsas heyətində 3 matça çıxıb. 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.
Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya), “Pau FC” (Fransa) kimi komandalarda çıxış edib.
Tam oxu
Xəbəri oxu