Neftçi Qalatasaray , Fənərbaxça və Beşiktaş la qarşılaşacaq

21.01.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

“Neftçi”nin U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.

Apasport.az xəbər verir ki, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək.

Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbaxça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

Qeyd edək ki, “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

Qazaxıstanın qapıçısı "Sabah"da Super Liqa: “Trabzonspor”dan 4 qollu qalibiyyət Danildo Assioli: "Portuqaliyada hamı Azərbaycan klublarından danışır" Çantakias Azərbaycana qayıdır? - ÖZƏL Millimizin üzvü komandasını dəyişib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью