Neftçi qalib gəldi

23.11.2024

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftçi" Misli Premyer Liqasının XIV turunda qalib gəlib.

"Ölkə.az" xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi Arena"da baş tutan qarşılaşmada "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.

Hesabı meydan sahiblərindən 28-ci dəqiqədə Filip Ozobiç açıb. İssa Cibrila 51-ci dəqiqədə "status-kvo"nu bərpa edib. 68-cı dəqiqədə adını tabloya yazdıran Emil Səfərov isə "Neftçi"nin qələbə qoluna imza atıb.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. "Zirə"nin isə 20 xalı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью