Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” qapıçısı Rza Cəfərovla müqavilənin müddətini 2027/28-ci illər mövsümünün sonunadək artırıb.
“Qafqazinfo” xəbər verir ki, ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/23-cü illər mövsümündən “Neftçi”nin şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.