“Neftçi” “Qarabağ” azarkeşləri arasında insident olub Saxlanılanlar var

17.02.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.

Araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью