Neftçi Qarabağ matçı öncəsi dörd nəfər SAXLANILDI

17.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi"-"Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, dörd nəfər saxlanılaraq ərazi üzrə polis şöbəsinə gətirilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью