“Neftçi” “Qarabağ” matçında neçə azarkeş olacaq?

25.04.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

Apasport.az xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionuun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.

"Sabah" finalda meydan sahibi olacaq "Sabah" Zaqatalada oyunçu seçimlərinə start verəcək “Sabah”ın qapısı etibarlı əllərdə: RAZILIQ ƏLDƏ OLUNDU Qubada Məsiyev, Qəbələdə Umudlu - TƏYİNATLAR Koxalskinin kartı, verilməyən penalti: "Hakimin iki qərarı da doğrudur"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью