Neftçi Qarabağ oyunu başladı

01.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

Publika.az xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.

Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью