Neftçi Qarabağ oyununa nə qədər bilet satılıb Açıqlandı

30.11.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçı üçün 5000 ədəd bilet satılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb. 

Qalan 3000 ədəd biletdən 1000 ədədini (“Cənub-üst” sektoru – 10 AZN, “Cənub-alt” sektoru – 15 AZN, VIP – 35 AZN) hazırda iticket.az saytından onlayn şəkildə almaq mümkündür. 
Oyunu tribunadan izləmək istəyən azarkeşlər həmçinin həmin gün saat 12:00-dan etibarən “Forza” və “Qərb-2” sektorlarına olan 2000 ədəd bileti (qiyməti 3 AZN) “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu dekabrın 1-i saat 19:00-da “Neftçi Arena”da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью