Neftçi Qarabağ oyununda azarkeş rekordu

02.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi Arena"dakı Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.

Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.

"Köhlən atlar"ın IX turda səfərdə "Sumqayıt"ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni üç cavabsız qolla üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью