Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.
Moderator.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.
Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.
"Köhlən atlar"ın IX turda səfərdə "Sumqayıt"ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni üç cavabsız qolla üstələyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.