Neftçi Qarabağ oyununda hesab açılıb YENİLƏNİB

01.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.

"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.

***

20:00

Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

"Report"un məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.

Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью