Icma.az, Unikal.az saytına istinadən bildirir.
Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda birinci hissə başa çatıb.
"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi "Neftçi Arena"da keçirilən görüşün fəsiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
*** 19:37
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.
"Unikal" xəbər verir ki, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.
"Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.
*** 19:07
Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başlayıb.
"Unikal" xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüş saat 19:00-da start götürüb.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.