Neftçi Qarabağ oyununda İNSİDENT: polis 4 nəfəri saxladı

17.02.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью