Neftçi Qarabağ oyununda mövsümün azarkeş rekordu qeydə alınıb

02.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.

"Report"un məlumatına görə, "Neftçi Arena"dakı Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.

Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.

"Köhlən atlar"ın IX turda səfərdə "Sumqayıt"ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni üç cavabsız qolla üstələyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью