Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.
SİA-nın məlumatına görə, "Neftçi Arena"da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.
Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.
"Köhlən atlar"ın IX turda səfərdə "Sumqayıt"ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni üç cavabsız qolla üstələyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.