Neftçi Qarabağ oyununda üçüncü qol vuruldu YENİLƏNİB

01.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Unikal"ın məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

"Qarabağ"ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

*** 20:17

Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda ikinci qol vurulub.

"Unikal" xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüşün 53-cü dəqiqəsində Ağdam klubunun heyətində Nəriman Axundzadə fərqlənib.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

*** 20:02

Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda birinci hissə başa çatıb.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi "Neftçi Arena"da keçirilən görüşün fəsiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

*** 19:37

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.

"Unikal" xəbər verir ki, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.

"Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.

*** 19:07

Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başlayıb.

"Unikal" xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüş saat 19:00-da start götürüb.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью