“Neftçi” “Qarabağ” oyununun dəqiq vaxtı bəlli oldu

06.11.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XV turunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun dəqiq vaxtı bəlli olub.

News24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan derbisi dekabrın 1-də gerçəkləşəcək.

"Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

XV turun oyun cədvəli

29 noyabr (cümə)

16:00.. “Araz-Naxçıvan” – “Turan Tovuz”

“Liv Bona Dea Arena”

19:00. “Sabah” – “Səbail”

“Bank Respublika Arena”

30 noyabr (şənbə)

14:30. “Şamaxı”– “Kəpəz”

Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Sumqayıt”

Zirə İK stadionu

1 dekabr (bazar)

19:00. “Neftçi” – “Qarabağ”

“Neftçi Arena”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью