Neftçi Qarabağı qəbul edir YENİLƏNİR

01.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç baş tutacaq.

“Neftçi” öz meydanında son çempion “Qarabağ” ilə üz-üzə gələcək. Turun mərkəzi oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ağdam klubu Azərbaycan derbisində qalib gəlsə, yenidən zirvəni ələ keçirəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə, “Kəpəz” də “Şamaxı”ya oxşar hesabla (1:0) qalib gəlib, “Zirə” isə “Sumqayıt”ı darmadağın (4:1) edib.

Misli Premyer Liqası
15-ci tur
1 dekabr

19:00.Neftçi” “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
“Neftçi Arena”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью