“Neftçi” “Qarabağ”ı qəbul edir YENİLƏNİR İdmanXəbər

01.12.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, son çempion “Qarabağ” hazırda 8-ci pillədə qərarlaşan “Neftçi”nin qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu matçda qələbə qazanarsa, “Araz-Naxçıvan”ı geridə qoyaraq yenidən liderliyə yüksələcək. “Neftçi” qalib gələcəyi təqdirdə isə 7-ci pilləyə qalxacaq.

1 dekabr (bazar)

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

“Neftçi Arena”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью