Neftçi Qarabağla matça itkilərlə çıxacaq | Icma.az
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi" Misli Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığı yekunlaşdırııb.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb.
Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib. Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq.
Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması sabah saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu