Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığını yekunlaşdırıb.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib. Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.
Qarşılaşma dekabrın 1-i saat 19:00-da “Neftçi Arena”da keçiriləcək .
Əsas xəbərlər, Ölkə futbolu
“Neftçi” – “Qarabağ” matçına bu qədər bilet satılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. 30 Noyabr 2024, 17:37