Neftçi Qarabağla oyuna itkilərlə çıxacaq

01.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Neftçi" Misli Premyer Liqasının XV turunda qarşılaşacağı "Qarabağ"la matçın hazırlığı yekunlaşdırııb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" dünən "Neftçi" Futbol Mərkəzində Azərbaycan oyundan əvvəl son məşqini reallaşdırıb.

Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib.

Hər iki futbolçu "Qarabağ"la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması bu gün saat 19:00-da start götürəcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью