“Neftçi” “Qarabağ”la oyuna xüsusi “Zəfər forması” ilə çıxacaq

09.11.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Neftçi”nin futbolçuları “Qarabağ”la keçiriləcək matça Zəfərin 5 illiyinə həsr edilmiş xüsusi forma ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, formanı fərqləndirən əsas detal arxa tərəfdəki nömrə dizaynıdır.

Nömrələrin şriftləri işğaldan azad olunmuş şəhərlərin adları ilə hazırlanıb. Bundan əlavə, şriftin rəngləri Azərbaycan bayrağının rənglərini əks etdirir.

Klubdan bildirilib ki, bu aksiya həm Zəfər Gününün əhəmiyyətini vurğulamaq, həm də şəhidlərin xatirəsini yad etmək məqsədi daşıyır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью