“Neftçi” “Qarabağ”la oyuna xüsusi “Zəfər forması” ilə çıxacaq

09.11.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Neftçi"nin futbolçuları "Qarabağ"la keçiriləcək matça Zəfərin 5 illiyinə həsr edilmiş xüsusi forma ilə çıxacaq. Sport24.az xəbər verir ki, formanı fərqləndirən əsas detal arxa tərəfdəki nömrə dizaynıdır.

Nömrələrin şriftləri işğaldan azad olunmuş şəhərlərin adları ilə hazırlanıb. Bundan əlavə, şriftin rəngləri Azərbaycan bayrağının rənglərini əks etdirir.

Klubdan bildirilib ki, bu aksiya həm Zəfər Gününün əhəmiyyətini vurğulamaq, həm də şəhidlərin xatirəsini yad etmək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью