Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 6-cı tura start verilir. Sport24.az xəbər verir ki, günün yeganaə qarşılaşması Qəbələdə keçiriləcək.
Bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Neftçi"ni qonaq edir. "Qırmızı-qaralar" meydana yeni baş məşqçi, şimalı makedoniyalı Yeton Beqirinin rəhbərliyi altında çıxacaq. Meydan sahibləri uğurusuz startdan sonra gürcü Kaxaber Tsxadadze ilə yolları ayırıb. Hazırda aktivində 4 xal olan bölgə təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qonaqlar isə səfərə Premyer Liqanın liderlərindən biri kimi yollanıb. "Ağ-qaralar" 5 turdan sonra 12 xalla "Sabah"la birinci, ikinci yerləri bölüşürlər. Qəbələdə keçirilən matç paytaxt təmsilçisi üçün həm də xüsusi önəm daşıyır. Yuri Vernidubun çalışdırdığı komanda ölkə çempionatları tarixində 1000-ci oyununa çıxacaq.
Heç şübhəsiz ki, səfərdə oynamasına baxmayaraq, qarşılaşmanın favoriti "Neftçi"dir. Ancaq meydan sahiblərindən də sürpriz gözləməyə dəyər.
Misli Premyer Liqası
I dövrə, VI tur
17:30. "Qəbələ" - "Neftçi"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ. Şəhər stadionu.