Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Qəbələ” yanvarın 9-da təlim-məşq toplanışına start verdi.
Ayın sonuna qədər vaxtı olan “qırmızı-qaralar”ın yoxlama görüşündəki rəqibləri isə hələ də dəqiqləşməyib.Düzdü, klubdan bununla bağlı açıqlamalar alsaq da, bizə ümumi cavab verməklə kifayətlənmişdilər.
Lakin yeni məlumata görə, qış toplanışını Qəbələdə keçirən “Neftçi”nin bu barədə müraciəti geri çevrilib.
Yəni “Qəbələ” premier-liqa təmsilçisi ilə qarşılaşmaq istəməyib.
Maraqlıdı, “qırmızı-qaralar” hansı səbəbdən “ağ-qaralar”ın təklifini rədd edib?
Həm bu məsələ, həm də yoxlama görüşləri ilə bağlı “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdik.
Onun “Football-plus.az”a cavabı belə oldu: “Yoldaşlıq görüşü üçün hələ rəqib danışmamışıq. İki-üç variant var.
1-ci liqa komandaları ilə danışacağıq. Liqada oyunumuz yanvarın 30-da olacaq. Premyer-liqada isə yanvarın 17-dən oyunlar başlayır.