“Neftçi” qələbə qazandı

05.09.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Gununsesi.info xəbər verir ki, “ağ-qaralar” IV turda “Şəfa”nı məğlub edib – 4:1.

Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) fərqlənib. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb.

Xallarının sayını 9-a çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Şəfa” 3 xalla onuncu yerdədir.

Günün ilk görüşündə “Sabah” “Zirə”ni beş cavabsız qolla üstələyib.

Xatırladaq ki, ötən gün baş tutan matçlarda “Qəbələ” “İmişli”ni (2:1), “Şamaxı” isə “Kəpəz”i (4:1) məğlub edib. IV tura sabah yekun vurulacaq.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью