Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasında bu mövsümün ən iri hesablı qələbə göstəricisi yenidən təkrarlanıb.
Yeniavaz.com xəbər verir ki, XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Neftçi” “İmişli” komandasını 6:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu mövsüm artıq üçüncü dəfə altı top fərqi ilə qələbə qeydə alınıb. Daha əvvəl XXIII turda “Qarabağ” “Araz-Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb, “Sabah” isə “Qəbələ” komandasını 7:1 hesabı ilə üstələyib.
Ümumilikdə isə, ölkə çempionatları tarixində bir komandanın rəqibini 6 və ya daha çox top fərqi ilə məğlub etməsi artıq 110-cu dəfə qeydə alınıb.