Neftçi Rüfət Abdullazadəni heyətinə qatmaq istəyir

24.03.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Səbail"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafiəçi Rüfət Abdullazadəyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, futbolçu ilə "Neftçi", "Sabah" və "Zirə" maraqlanır.

24 yaşlı cinah oyunçusunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.

Bu mövsüm 25 görüşdə 5 qol vuran və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən "Sumqayıt"ın yetirməsinin "Səbail"də qalıb-qalmaması yekun turnir cədvəlindən asılıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью