Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi” basketbol klubu FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi H qrupunun dördüncü turunda Rumıniyanın “Oradea” komandasını qəbul edib.
Bakı İdman Sarayında keçirilən qarşılaşma qonaqların 99:83 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Neftçi” qrup mərhələsində ardıcıl dördüncü məğlubiyyətini alıb. Dörd xalı olan paytaxt klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” əvvəlki oyunlarda İsveçrənin “Fribur Olimpik” (73:78), Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF (94:110) komandalarına da məğlub olub.
Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri “Sabah” “Naxçıvan”a məğlub olub Lebronun ev debütündə tarixi geridönüş – NBA-da gecənin nəticələri “Sabah”dan yeni transfer Şengündən möhtəşəm start, “Leykers” və “Klippers”dən qələbə – NBA-da gecənin nəticələri