Neftçi Rumıniya təmsilçisinə məğlub oldu

02.07.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Yeni mövsümə və UEFA Konfrans Liqasına hazırlığını Sloveniyada davam etdirən "Neftçi" sözügedən ölkədə bu gün ilk yoxlama matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Bassala Sambu fərqlənib.

Sloveniyanın Moravske Toplitse şəhərində məskunlaşan paytaxt təmsilçisi iyulun 14-dək davam edəcək hazırlıq müddətində daha 3 oyunda qüvvəsini sınayacaq. "Ağ-qaralar" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya) və 13-də "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Neftçi" "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Matçlar iyulun 23-də və 30-da keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью