“Neftçi” Rusiya çempionatından qapıçı gətirdi

17.01.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən “Neftçi” İK iki futzalçı ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. 

Sonuncu Rusiyanın “Norilski Nikel” komandasından gəlib. 

Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью