“Neftçi” Rusiya klubunun futbolçusu ilə ANLAŞDI

10.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın “Baltika” klubunun futbolçusu Aleks Fernandes karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. 
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı vinger müqavilə imzalamaq üçün bu gün Bakıya gəlməlidir.
 

Onun “Neftçi”yə keçəcəyi gözlənilir. Bir müddət əvvəl Qazaxıstan klubuna keçməkdən imtina edən Fernandesin Kalininqrad təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.


Qeyd edək ki, Aleks cari mövsümdə “Baltika”da keçirdiyi 18 matçda 6 qol və 2 assistə imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью