futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi” qapıçı Rza Cəfərov ilə müqavilənin müddəti 2027/28-ci illər mövsümünün sonunadək
artırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/23-cü illər mövsümündən A komandanın şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.