Neftçi Sabah la matçın bilet qiymətlərini endirdi

31.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, endirimli biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manatdır.

Biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. "Neftçi" - "Sabah" görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью