Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.
Lent.az xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib. “Palms Sports Arena”da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Hazırda 16 xala malik "ağ-qaralar" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik qonaqlar isə ikinci yerdədir.
Turun bu gün baş tutan açılış matçında "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.