“Neftçi” “Sabah” matçının biletləri satışa çıxarıldı İdmanXəbər

14.01.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Misli Premyer Liqasının 19-cu turu çərçivəsində yanvarın 19-u saat 18:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 10 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 15 (“Cənub alt” sektoru) və 35 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-sabah-fk19/140107

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью