futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi” Misli Premyer Liqasının VII turunda bu gün “Sabah”ı qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutacaq matç üçün artıq 5000 bilet satılıb.
Fanatlar fiziki biletləri bu gün stadionu kassasından əldə edə bilərlər.
“Neftçi”- “Sabah” oyununa saat 19:30-da start veriləcək.
Hər iki komandanın 6 turdan sonra 15 xalı var.