“Neftçi” “Sabah”a uduzdu

02.04.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, günün ikinci matçında “Neftçi” ilə “Sabah” finaladək bir-birini sınağa çəkib.

“Neftçi Arena”da baş tutan görüşdə hesabı açan qonaqlar tezliklə öz qapısında qol görüb. Lakin fasilədən sonra “Sabah” daha bir top vuraraq cavab görüşü üçün üstünlük qazanıb.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyun

“Neftçi” – “Sabah” 1:2

Qollar: Azər Salahlı, 11-öz qapısına (0:1). Yuri Marias, 21 (1:1). Pavol Şafranko, 52 (1:2).

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью