Neftçi sabahkı matçına 4 itki ilə çıxacaq

12.04.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" Misli Premyer Liqasının 30-cu turunda “Zirə” ilə matçın hazırlığını başa çatdırıb. 

525.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar. 

Qeyd edək ki, aprelin 13-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью