Neftçi sabiq məşqçisini geri qaytardı

25.01.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub.

Sportal.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb, həmin vaxt baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub. Qeyd edək ki, o, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью