Icma.az bildirir, Sportal.az portalına istinadən.
“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Turan Tovuz” ilə oyundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan komandanın üzvləri dünən məşqlərə start verib.
“Ağ-qaralar” bu gün növbəti məşqə çıxıb. Futbolçular əvvəlcə “Palms Sports” Futbol Mərkəzindəki trenajor zalında, sonra isə meydançada hazırlaşıblar.
Müdafiəçi İqor Ribeyro cəzalı olduğu üçün qarşıdakı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü noyabrın 1-i saat 15:00-da başlanacaq.
saytlarin hazirlanmasi