Neftçi Şamaxı ilə oyuna hazırlaşır

07.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Neftçi" Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan"la matçın ertəsi günü bərpa məşqi edib bir günlük istirahətə buraxılan "ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komanda üzvləri daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, noyabrın 8-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" – "Şamaxı" matçı saat 15:00-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью