Neftçi Şamaxıda zirvəyə yüksələ bilər

01.11.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, üçüncü oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Neftçi"ni qonaq edir. Meydan sahibləri bu matça 3 xal qazanacağı təqdirdə 5-ci pillədə qərarlaşan "Zirə" ilə xallarını bərabərləşdirəcək. Hər iki komandanın aktivində 16 xal olacaq. "Neftçi" isə səfərdən qələbə ilə dönəcəyi halda "Sabah"ın və "Qarabağ"ın hesabat həftəsində xal itirməsindən istifadə edib, turnir cədvəlində liderliyə yüksələcək.  

Qeyd edək ki, turun baş tutan digər görüşlərində "Turan Tovuz" "Sabah"ı (3:2) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası

I dövrə, X tur

15:30. "Şamaxı" - "Neftçi"  

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev 
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью