“Neftçi” “Şamaxı”nı məğlub etdi

31.01.2025

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasında “Şamaxı”nı məğlub edib.

Yenicag.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.

45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.

Günün ilk matçında “Kəpəz” “Sabah”ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью