“Neftçi” Samir Abasovla yollarını ayırır? Bu gün baş məşqçi ilə görüş olacaq

24.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 noyabr, AZƏRTAC

“Neftçi” klubunun rəhbərliyi bu gün baş məşqçi Samir Abasovla görüş keçirəcək.

Bu barədə AZƏRTAC-a paytaxt təmsilçisinin Media üzrə koordinatoru Rüstəm Əfsərli məlumat verib.

Təcrübəli mütəxəssisin istefaya göndərilməsi ilə bağlı iddialara münasibət bildirən klub rəsmisi hazırda gözləmə mövqeyində olduqlarını bildirib: “Bu gün Samir Abasovla görüş olacaq. Rəhbərliyin yekun qərarından sonra ictimaiyyətə məlumat veriləcək”.

S. Abasovun köməkçisi Mübariz Orucov isə məsələ ilə bağlı bunları deyib: “Hazırda öz işimizin başındayıq. Bu gün komandaya istirahət verilib. Plana uyğun olaraq, növbəti günün məşq proqramını hazırlayacağıq. Klub rəhbərliyi bizimlə istefa barədə danışmayıb”.

Qeyd edək ki, Samir Abasov ötən il oktyabrın 14-də “Neftçi”yə baş məşqçisi təyin olunub. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında 12 turdan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью