“Neftçi” “Səbail”dən üstün oldu

16.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

Milli.Az xəbər verir ki, son gündə öncə autsayder "Səbail" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib.

Üçqolluq oyunda qonaqlar qələbə qazanıblar.

Turun qapanış matçında isə "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.

Daha öncə keçirilmiş "Kəpəz" - "Qarabağ" matçında (0:0) qapılara qol vurulmayıb, "Araz-Naxçıvan" - "Şamaxı" və "Sabah" - "Zirə" oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb.

Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart

"Səbail" - "Neftçi" 1:2
Qollar: Rüfət Abdullazadə, 43 - Filip Ozobiç, 17. Elvin Camalov, 29.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
"ASCO Arena", 16:00.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью