“Neftçi” seneqallı hücumçu üçün nə qədər ödəyəcək?

14.02.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Neftçi” yeni transferi Bassala Sambunun keçidi üçün “Paralimni” (Kipr) klubuna təzminat ödəyəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə yerli mətbutda xəbərlər dərc olunub. Bildirilir ki, “Neftçi” 27 yaşlı hücumçunun əvvəlki klubuna 100 min avro ödəniş edəcək.

Seneqal əsilli ingiltərəli hücumçu “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью